...

Əhməd Oruc: Milli Şuranın nə etmək istədikləri başa düşülən deyil

Siyasət Materials 27 May 2013 14:35 (UTC +04:00)
Milli Şuranın Demokratik Qüvvələrin Məşvərət Məclisinə (DQMM) təklifində o qədər qeyri-müəyyənliklər var ki, nə etmək istədiklərini başa düşə bilmədik. Bu barədə Trend-ə DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Əhməd Oruc: Milli Şuranın nə etmək istədikləri başa düşülən deyil

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın Demokratik Qüvvələrin Məşvərət Məclisinə (DQMM) təklifində o qədər qeyri-müəyyənliklər var ki, nə etmək istədiklərini başa düşə bilmədik. Bu barədə Trend-ə DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, DQMM-ə daxil olan bir sıra partiyalara Milli Şurada təmsil olunmaqla bağlı təklif dəyərləndirilib: "Bizim sonuncu yığıncağımızda hələlik heç birinin yekun qərarı yox idi. Ancaq müəyyən aydın olmayan məsələlər var idi. Tutaq ki, təklifin niyə məhz bu partiyalara, hansı prinsiplərlə edildiyi, niyə danışıqların şəffaf keçirilməməsi ilə bağlı suallar var. Necə olur ki, DQMM-də təmsil olunan partiyanın birinə 10 yer verirlər, birinə iki yer, birini isə ümumiyyətlə dəvət etmirlər? Yəni o qədər qeyri-müəyyən, qeyri-ciddi məsələlər var idi ki, biz başa düşmədik ki, bunlar neyləmək istəyir, nə yaradırlar".

Orucun sözlərinə görə, prinsipcə Məşvərət Məclisinin ümumi mövqeyi belədir ki, hansısa birliklər yaradılırsa, bu, şəffaf şəkildə olmalıdır, müəyyən prinsiplərə söykənməlidir və demokratik kəsimi bütünlüklə təmsil etməlidir.

Partiya sədri qeyd edib ki, bunlar olmayacağı tədqirdə hansısa bir, iki və ya üç nəfərin şəxsi istəklərinə görə, kimlərisə bir yerə yığmasından alınan birliklərin ciddi səmərə verəcəyinə inanmırıq.

Oruc Milli Şuranın mayın 28-də elan olunacağına inanmadığını da deyib: "Çünki hələ qeyri-müəyyən çox şeylər var. DQMM-də təmsil olunan partiyaların bəzilərinə siyahı versələr də, sonra onlara əlavə məlumat verilməyib ki, necə olacaq. Eyni zamanda, Milli Şuranı təsis edən partiyalar arasında da fikir birliyinin olmadığı görünür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti