Azərbaycan, Bakı, 29 may /Trend/
Rusiya daxili münaqişələrin baş verdiyi Suriyadan 128 nəfəri təxliyyə edib.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, RF Fövqəladə Hallar Nazirliyi Suriyadan çıxmaq istəyən Rusiya və keçmiş Sovet ölkələri vətəndaşlarını bölgədən təyyarə ilə təxliyyə etdiklərini açıqlayıb. Onların arasında azərbaycanlıların da olduğu qeyd edilir.
Nazirliyin sözçüsü İrina Rossius iki "İl-62" təyyarəsi ilə Suriyanın Lazkiye şəhərinə 20 ton humanitar yardım göndərildiyini və bölgədən 128 vətəndaşın təxliyyə edildiyini söyləyib.
Qeyd edək ki, Rusiya bu ilin yanvar ayından etibarən Suriyadan 380-dən çox RF və keçmiş Sovet ölkələrinin vətəndaşlarını təxliyyə edib.