...

Əhməd Oruc: Milli Şuranın tərkibi bir-birilərinə uyuşmazların qarışığıdır

Siyasət Materials 10 İyun 2013 14:27 (UTC +04:00)
Milli Şuranın tərkibi ideoloji cəhətdən çox qarışıqdır, özü də bir-birlərinə uyuşmazların qarışığıdır. Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Əhməd Oruc: Milli Şuranın tərkibi bir-birilərinə uyuşmazların qarışığıdır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın tərkibi ideoloji cəhətdən çox qarışıqdır, özü də bir-birlərinə uyuşmazların qarışığıdır. Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Partiya sədri hesab edir ki, Milli Şurada İranın nəzarətində olan, İranın Azərbaycanda hegomonluğuna əsas qazandıranlar da var, Rusiyapərəst və Azərbaycanın xeyrinə olmayan digər qüvvələr də var: "Yəni ideoloji cəhətdən uyuşmaz bir qurumdur və bunları da bir ara gətirən hansısa maddi məqsədlərdir".

Oruc vurğulayıb ki, Milli Şurada Rusiyapərəst və İranpərəst qüvvələrin dominantlığı göz önündədir: "Ona görə mən Milli Şuradan yaxşı nəticə gözləmirəm, yəni Milli Şura Azərbaycana yalnız pis şeylər edə bilər".

Milli Şuradan prezidentliyə vahid namizədin müəyyənləşdirilməsinə toxunan Oruc bu məsələnin olduqca problemli olduğunu qeyd edib: "Bu onların daxili işləridir. Ancaq vahid namizəd oldu ya olmadı, mən hesab etmirəm ki, bu, Azərbaycana uğur gətirən bir şəxs olacaq. Çünki bunların güvəndikləri yalnız Rusiyanın, İranın Azərbaycana təzyiqləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti