...

İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 3 İyul 2013 13:17 (UTC +04:00)
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir. Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı vardır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılmışdır.

Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti