...

İsveçrə Azərbaycana 30 milyon İsveçrə frankı yardım ayırdı

Siyasət Materials 16 İyul 2013 17:22 (UTC +04:00)
İsveçrə hökuməti Cənubi Qafqaz regionunun üç ölkəsinə dörd il ərzində (2013-2016-cı illər) 111 milyon İsveçrə frankı dəyərində yardım ayırıb.
İsveçrə Azərbaycana 30 milyon İsveçrə frankı yardım ayırdı

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir S.Əhmədova/

İsveçrə hökuməti Cənubi Qafqaz regionunun üç ölkəsinə dörd il ərzində (2013-2016-cı illər) 111 milyon İsveçrə frankı dəyərində yardım ayırıb. Bu barədə Trend-ə İsveçrənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumatda deyilir ki, ölkənin İnkişaf və Əməkdaşlıq Agentliyi və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən Azərbaycana 29 milyon, Ermənistana 29 milyon və Gürcüstana 41 milyon İsveçrə frankı ayırıb.

Sözügedən yardım Cənubi Qafqaz ölkələrinə iqtisadi inkişaf, məşğulluq, idarəetmə və ictimai xidmətlər, insan təhlükəsizliyi və müdafiəsi sahələri üzrə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti