Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə terrorçuların silahlı mübarizədən imtina məsələsində hansı mövqe tutmasından asılı olmayaraq, terrorizmlə qətiyyətli mübarizəni davam etdirəcək.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, Türkiyənin terrorla mübarizədə alternativləri var: "Əgər terrorçu Kürd Fəhlə Partiyasının silahlıları sülhdən imtina etsələr, əziyyət çəkən özləri olacaq".