...

Əhməd Davudoğlu: Suriyada radikalizmin yayılmasının səbəbkarı Əsəd rejimidir

Siyasət Materials 27 Sentyabr 2013 16:12 (UTC +04:00)
Suriyada radikalizm, dözümsüzlük və məzhəblərarası toqquşmaların yayılmasının səbəbkarı Əsəd rejimidir.
Əhməd Davudoğlu: Suriyada radikalizmin yayılmasının səbəbkarı Əsəd rejimidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada radikalizm, dözümsüzlük və məzhəblərarası toqquşmaların yayılmasının səbəbkarı Əsəd rejimidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Suriyada radikalizmin yayılmasının əsas səbəbkarı Prezident Bəşşar Əsəd rejimidir: "Çünki belə ideyaların yayılması Suriya rejiminə xidmət edir".

Ə.Davudoğlu bildirib ki, Türkiyədə suriyalı qaçqınların sayı daim artır və BMT-nin proqnozlarına görə, bu ilin sonuna onların sayı 1 milyona çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti