...

Belçikalı parlamentari: Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik ölkədir

Siyasət Materials 18 Oktyabr 2013 16:19 (UTC +04:00)
Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik olan bir ölkədir. Trend-in məlumatına görə, bu sözləri Belçika Federal Parlamentinin (Nümayəndələr Palatası) Xarici işlər və Müdafiə komitələrinin üzvü Filip Blanşar Avropa Azərbaycan Cəmiyyətinin (AAC) suallarını cavablandırarkən deyib.
Belçikalı parlamentari: Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik ölkədir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Avropa üçün inanılmaz imkanlara malik olan bir ölkədir. Trend-in məlumatına görə, bu sözləri Belçika Federal Parlamentinin (Nümayəndələr Palatası) Xarici işlər və Müdafiə komitələrinin üzvü Filip Blanşar Avropa Azərbaycan Cəmiyyətinin (AAC) suallarını cavablandırarkən deyib.

F.Blanşar bildirib: "Azərbaycan Belçika və Avropa üçün inanılmaz imkanlara malik ölkədir. Bu ölkənin geostrateji və geosiyasi əhəmiyyətindən başqa, onun əhalisi Cənubi Qafqazdakı digər dövlətlərlə müqayisədə Avropa ilə inteqrasiyaya daha çox can atır. Bu səmimilik doğrudan da qeyri-adidir və ölkəyə Avropa və dünya ilə sıx əməkdaşlıq üçün geniş imkanlar vəd edir. Azərbaycanın özəlliyi ondadır ki, o, mədəni müxtəliflik və dini dözümlülük prinsiplərinə sadiq qalan bir dövlətdir. Sözsüz ki, bizim qarşımızda zəngin mədəni irsə və azad fikirli ruha sahib dünyəvi bir dövlət dayanıb".

O, qeyd edib ki, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı bütün dünya üzrə ən yaxşı göstəricilərə malik iqtisadiyyatlardan biri olub:

"Azərbaycan yaxın gələcəkdə də Avropa üçün mühüm iqtisadi oyunçu mövqeyində qalmaqda davam edəcək. Bu iqtisadi temp beynəlxalq demokratik dəyərlərə əsaslanan cəmiyyətin qurulması prosesinin davam etdirilməsində çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti