...

XİN Volqoqraddakı partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır

Siyasət Materials 21 Oktyabr 2013 18:59 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.
XİN Volqoqraddakı partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır. Bu barədə Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, nazirlik Azərbaycanın Rusiyadakı səfirliyinə bu məsələni araşdırmağı, ölən və yaralılar arasında Azərbaycan vətəndaşının olub-olmaması barədə məlumat verməyi tapşırıb.

Qeyd edək ki, Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış ilə əlaqədar Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Trend-in bazar ertəsi İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunlar "terror aktı", "2 və daha artıq şəxsin öldürülməsi" və "silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi" maddələridir.

Partlayış nəticəsində xəsarət alanların sayı 28 nəfərdir. 5 nəfərin öldüyü bildirilir. Məlumata görə, xəsarət alanların 24-nün vəziyyəti yüngül və orta, 4-nün isə ağır dərəcəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti