...

MDB dövlət başçıları 2014-2016-cı illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə proqramı təsdiqləyiblər

Siyasət Materials 25 Oktyabr 2013 17:55 (UTC +04:00)
MDB dövlət başçıları 2014-2018-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə sahəsində proqramı təsdiqləyiblər. Trend BELTA-ya istinadən məlumat verir ki, bu barədə müvafiq qərarlar Minksdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasının yekunları üzrə imzalanıb.
MDB dövlət başçıları 2014-2016-cı illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə proqramı təsdiqləyiblər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

MDB dövlət başçıları 2014-2018-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə sahəsində proqramı təsdiqləyiblər. Trend BELTA-ya istinadən məlumat verir ki, bu barədə müvafiq qərarlar Minksdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasının yekunları üzrə imzalanıb.

İclasın gedişində əsas diqqət terrorizm və hüquq pozuntuları ilə mübarizə mövzularına ayrılıb.

Dövlət başçıları 2014-2016-cı illər üçün terrorizmlə və ekstremizmin digər zorakılıq ünsürləri ilə mübarizə, həmçinin 2014-2018-ci illər üçün narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə mübarizə üzrə əməkdaşlıq haqqında proqramları təsdiq ediblər.

Bundan əlavə, 2014-2018-ci illər üçün MDB-yə üzv ölkələr arasında insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə proqram razılaşdırılıb.

Həmçinin, 2014-2018-ci illər üçün cinayətkarlıqla birgə mübarizə tədbirləri üzrə dövlətlərarası proqramı, həmin dövrdə insan alveri ilə mübarizədə MDB iştirakçı dövlətlərinin əməkdaşlığı haqqında proqramın müzakirə ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti