...

Obama və Kemeron Cenevrədə Suriya və İran üzrə danışıqların davam etdirilməsini dəstəkləyiblər

Siyasət Materials 13 Noyabr 2013 06:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeron telefon danışığı zamanı Cenevrədə Suriya və İran üzrə danışıqların davam etdirilməsini dəstəkləyiblər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Ağ Evin məlumatına görə, Prezident və Baş nazir "altılığ"ın İran üzrə vahid təklifini dəstəklədiklərini təsdiq ediblər və növbəti raunddan gözləntilərini müzakirə ediblər.

Liderlər, həmçinin Suriya üzrə "Cenevrə-2" konfransının keçirilməsini dəstəkləyib və Suriya Milli Koalisiyasının bu tədbirdə iştirak barədə qərarını alqışlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti