...

Misirdəki Azərbaycan diasporu ermənilərin yalanını ifşa edib

Siyasət Materials 25 Noyabr 2013 16:13 (UTC +04:00)
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festivalı"nda Azərbaycanla yanaşı, 12 ölkə təmsil olunub.
Misirdəki Azərbaycan diasporu ermənilərin yalanını ifşa edib

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festivalı"nda Azərbaycanla yanaşı, 12 ölkə təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, festivalın açılış günü 3 nəfərdən 2-si erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb.

Buna səbəb Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti