...

Azərbaycan-Litva parlamentlərarası dostluq qruplarının fəaliyyəti genişləndiriləcək

Siyasət Materials 25 Noyabr 2013 17:23 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin yeni sədri Loreta Qraujinenen ilə görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərin imkanlarının maksimum səfərbər olunması məqsədilə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan-Litva parlamentlərarası dostluq qruplarının fəaliyyəti genişləndiriləcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin yeni sədri Loreta Qraujinenen ilə görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərin imkanlarının maksimum səfərbər olunması məqsədilə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir H.Məmmədzadə əvvəlcə L.Qraujineneni Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılığını bildirib və münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, hazırda Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvlərinin sayı 49 nəfərdir. Əvvəlki Seymdə qrupun üzvlərinin sayı 21 nəfər idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti