...

Azərbaycanın müxalifət düşərgəsində yeni birlik yaradıla bilər

Siyasət Materials 9 Dekabr 2013 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalifət düşərgəsində yeni birliyin yaradılması ilə bağlı müzakirələr gedir. Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib:

"Hazırda bir neçə təklif var. Göründüyü kimi, Milli Şura amorf bir təşkilatdır, yəni tərkibi ideoloji cəhətdən bir-birinə yaxın olmayan, bir-birini qəbul etməyən qüvvələrdən ibarət bir təşkilatdır və faktiki olaraq orada Müsavat Partiyası ilə AXCP intriqalarından başqa bir şey yoxdur".

Ə.Oruc qeyd edib ki, əvvəl Rüstəm İbrahimbəyovun, hazırda isə Cəmil Həsənlinin Milli Şuraya rəhbərlik etməsi fiksiyadan başqa bir şey deyil: "Yəni onların orada heç bir təsiri yoxdur. Milli Şurada bütün qərarları AXCP ilə Müsavat Partiyası verir. Hamıya bəllidir ki, Milli Şuradakı münasibətlər onun perspektivini çox böyük şübhə altına qoyur. Ona görə də real birliklər yaratmaqla bağlı təkliflər var. Hazırda bununla bağlı müzakirələr gedir".

Yeni birliyin hansı formada olacağı barədə danışmağın hələ tez olduğunu deyən Ə.Oruc bildirib ki, yekun qərar qəbul olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti