Prezident İlham Əliyev: 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilib, böyük layihələr icra edilib, beynəlxalq nüfuzu artıb (FOTO)

Prezident İlham Əliyev: 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilib, böyük layihələr icra edilib, beynəlxalq nüfuzu artıb (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.

Trend-in məlumatına görə, bunu yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu artdı: "Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı.

Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür.

Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir.

Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır".

Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir: "Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.

Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə konfransı qeyd etmək istəyirəm. Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim mövqeyimizi əks etdirir. Fələstinli qardaşlarımıza olan dəstəyi biz bir daha nümayiş etdirdik. Bakıda İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə böyük donor konfransı keçirilmişdir və Azərbaycan öz tərəfindən Fələstinə maddi yardım da etmişdir".

İlham Əliyev vurğulayıb ki, keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı: "Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür.

Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir.

Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq.

Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Yəni, mən bu gün sadəcə olaraq cəmi bir il ərzində keçirilən əsas beynəlxalq tədbirləri sadalamışam. Görün, nə qədər böyük işlər görülmüşdür və Azərbaycanın mövqeyi nə qədər möhkəmləndirilmişdir.

Bizim başqa ölkələrlə ikitərəfli formatda münasibətlərimiz də inkişaf etmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici qonaqların Azərbaycana səfərləri bu əlaqələri daha da möhkəmləndirmişdir. Əminəm ki, bu il də bu meyl davam etdiriləcəkdir".

Dövlət başçısı qeyd edib ki, erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik.

Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir: "Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir.

Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir.

Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir".

Prezidenti nitqində deyib ki, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur: "Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir.

Bizim valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Mən dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il olmamışdır ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.

Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıbdır. Bu, Azərbaycanın böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələri icra edək".

İlham Əliyev qeyd edib ki, keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır: "110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Budur bizim əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm ki, biz iqtisadi inkişafı gələcək illərdə də təmin edəcəyik. Bu barədə biz bir qədər sonra danışacağıq ki, 2014-cü il də ölkəmiz üçün uğurlu olsun.

Keçən il sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır. İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatmışdır. Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq.

Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı - nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik.

Keçən il maaşlar və pensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdik. Birinci Azərbaycan peyki "Azərspace-1" fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq".

Prezident bildirib ki, turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır: "Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır.

Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.

Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır. Həm struktur xarakterli islahatlar, idarəçilikdə təkmilləşmə getməlidir. İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə edilir. Əlbəttə ki, dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr hesab edirəm ki, kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Bu il də bu, davam etdiriləcəkdir. Yəni, qeyri-neft sektorunun inkişafı bu il də bizim iqtisadi sahədə prioritet olaraq qalır.

Ancaq biz əlbəttə ki, neft sektorunu da, nəqliyyat sektorunu da unutmamalıyıq. Nəqliyyat sektorunda da böyük işlər görülmüşdür. Beş yüz kilometr yol çəkilmişdir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondu hesabına. Yəni, bu sahəyə də böyük önəm verilir. Qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu il də bu işin böyük hissəsi görüləcəkdir. Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun açılışını qeyd edə bilərik.

Gəmiqayırma zavodunun açılışı. Bu da həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Ələt Dəniz Ticarət Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin açılışını gəzləyirik. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Yəni, bütün nəqliyyat sektoru inkişaf edir".

İlham Əliyev bildirib ki, əlbəttə ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır: "2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu da çox önəmli bir hadisə idi.

Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda "Şahdəniz-2" investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.

Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir. "Şahdəniz-2", TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsin və onlara şərait yaradılsın. Yəni, bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir.

Yaxşı bilirsiniz ki, bu layihə beynəlxalq birliyin də böyük dəstəyini qazanmışdır.

Azərbaycanda aparıcı ölkələrin, yüksək vəzifəli şəxslərin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan "Cənub" qaz dəhlizinin təşəbbüskarı kimi burada da öz həlledici rolunu oynadı. Mən tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz üzərinə götürməsəydi və həlledici anlarda cəsarət, uzaqgörənlik, prinsipial mövqe göstərməsəydi, bu layihə icra edilməzdi. Biz "Cənub" qaz dəhlizi ilə bağlı artıq 10 ilə yaxındır ki, müxtəlif tədbirlərdə iştirak edirdik. Mən şəxsən bəlkə 10-a yaxın beynəlxalq konfransda, tədbirdə, müşavirədə iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ inkişaf etmir, yəni, elə yerində sayır, tərpənmir, qabağa getmir. Ona görə, biz yenə də məsuliyyəti öz üzərimizə götürdük. Biz anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir. Ancaq son illər ərzində yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə də, qlobal xarakter daşıyan layihələrdə də liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Bu layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcəkdir".

Dövlət başçısının sözlərinə görə, nəhayət, 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir - prezident seçkiləri keçirilmişdir: "Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkiləri müşahidə edən bütün mötəbər təşkilatlar seçkilərə çox müsbət qiymət vermişlər. Avropa Şurası, Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Ancaq bir daha demək istəyirəm ki, əsas rəyi Azərbaycan xalqı vermişdir.

Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir. Əlbəttə ki, bu böyük etimad bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik".

"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Loading Bars
Xəbər lenti
12 əsrlik qalaya yol çəkilir (VİDEO)
Prezident İlham Əliyev: Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
Azərbaycan Prezidenti: Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
Azərbaycan Prezidenti: Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
Prezident İlham Əliyev: Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevin Tərtərdə söylədiyi nitq bir sıra strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi - Hikmət Babaoğlu
Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb
Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb
Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarlardan gözləntilər çoxdur
Vüqar Rəhimzadə: Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına DƏYİŞİKLİK edildi
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb
Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi
Azercell “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz!
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb
Əsli Kazımova: Davamlı əməkdaşlıq prinsipləri hər zaman ölkəmizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcək
Bakı metrosu həftə sonu işləməyəcək
BNA həftə sonu sərt karantin rejimində fəaliyyətinə dair AÇIQLAMA yaydı
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
Avtomobilin yük yerində Bakıya gəlmək istəyən şəxslər həbs edildi (FOTO)
Kamran Bayramov: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq dəstək Azərbaycanın tərəfindədir
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Şura #evdəyəm kampaniyasına başladı!
İqtisadiyyat Nazirliyi: 1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar
Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq - TƏBİB
Siyəzəndə alternativ enerji istehsalı - Fermer günəş və küləkdən enerji əldə edir (VİDEO)
Şəkidə güclü külək ağacı və məktəbin hasarını aşırdı (FOTO)
TƏBİB: Valideynlər uşaqları qorumaq üçün qaydalara daha ciddi riyayət etməlidirlər
TƏBİB sədri: Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir
Abituriyentlərdən koronavirus testinin nəticəsi tələb olunmur - RƏSMİ
Daxili uçuşların yaxın günlərdə bərpası gündəmdədir - Operativ Qərargah
Ramin Bayramlı: Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib (VİDEO)
Arzu Nağıyev: Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşları qorumaq məqsədi daşıyır
Həftə sonu işləmək məcburiyyətində olan müəssisələrin NƏZƏRİNƏ
Ramin Bayramlı: Təcrübə göstərir ki, qısamüddətli qapanma dövrünün də effekti olur
DİM tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib
Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək
Ramin Bayramlı: Dünəndən insanların qaydalara əməl etməsinin şahidi oluruq
TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə şayiələr var - TƏBİB AÇIQLADI
TƏBİB sədri: 190 manat birdəfəlik yardımın yenidən ödənilməsi gündəmdə deyil
Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
İyunun 5-də dolların manata qarşı məzənnəsi
Ramin Bayramlı: Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik
Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər - Ramin Bayramlı
Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb
Baş Prokurorluqda dövlət komitəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirilib (FOTO)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Sevil Mikayılova: Faşizmin təzahürləri artıq Ermənistanın siyasi həyatında norma kimi qəbul olunur
"Müvəqqəti vergi rejimi" bu fəaliyyət sahələrinə aid ediləcək - SİYAHI
Parlament sədrindən vətəndaşlara çağırış: Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır
"Atletiko"nun futbolçusu həbs olundu
Bəxtiyar Əliyev: Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb
Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı
"Samsung"un rəhbəri həbs oluna bilər
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)
Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Sabah qısa iş günü olacaq
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb (FOTO/VİDEO)
Vətəndaşlar yaşayış yerlərini 102-dən icazə almaqla tərk edə bilərlər
YAP rayon təşkilatının İdarə Heyətinin onlayn video konfransı keçirilib
6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi
“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir
Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maskalar göndərib (FOTO)
İranda daha 59 nәfәr koronavirusdan ölüb
Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI
"Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb
Həftəsonu bu qurumların fəaliyyətinə icazə veriləcək - SİYAHI
Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ
Aİ pandemiyanın təsirlərinin aradan qaldırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır (FOTO)
Bütün xəbərlər