...

Azərbaycanın müdafiə naziri Gəncə şəhərinə gedib

Siyasət Materials 10 Yanvar 2014 11:36 (UTC +04:00)
Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.
Azərbaycanın müdafiə naziri Gəncə şəhərinə gedib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti