...

20 Yanvar Türk Tarixinin Qəhrəmanlıq Səhifəsi kimi anıldı (FOTO)

Siyasət Materials 17 Yanvar 2014 17:59 (UTC +04:00)
Bu gün Azərbaycanda Atatürk Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar - Türk Tarixinin Qəhrəmanlıq Səhifəsi" adlı "dəyirmi masa" keçirib.
20 Yanvar Türk Tarixinin Qəhrəmanlıq Səhifəsi kimi anıldı (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanda Atatürk Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar - Türk Tarixinin Qəhrəmanlıq Səhifəsi" adlı "dəyirmi masa" keçirib.

Trend-in məlumatına görə, "dəyirmi masa"da şəhidlərimizin ruhu yad edildikdən sonra "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov 20 yanvarın Türk tarixində qəhramanlıq səhifəsi olaraq anılmasının təsadüf olmadığı bu günün yeniyetmə və gənclərmizə ibrət olacaq əsil vətənpərvərlik örnəyi olduğunu bildirdi.

TUMİB sədri qeyd etdi ki, 20 yanvarda şəhid olmuş bacı və qardaşlarımız müstəqilliyimizin ilk şəhidləridir və 20 yanvar şəhidlərimizi bu gün dünyada yaşayan 60 milyona yaxın Azərbaycanlı yox eyni zamanda dünyada yaşayan 300 milyonluq Türk milləti yad edir.

Dəyirmi masa iştirakçıları çıxışlarında qeyd etdilər ki, bu gün 1990-cı ilin yanvarından artıq 24 il keçir və o qanlı yanvarı xatırladaraq o dövürdə xalq böyük bir həqiqəti- həqiqi liderin meydanda olmasını da bütün naliyyəti ilə dərk etdi. 20 Yanvar günü xalqın səsinə hər kəsdən əvvəl səs verən Ulu öndərimiz Heydər Əliyev oldu.

Belə ki, Heydər Əliyev Moskvada nəzarət altında ola -ola özünü və ailə üzvlərini təhlükə altında qoyaraq, hadisələrdən 1990 -cı il yanvarın 21-də oğlu, siladaşı o, çətin gündə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, bu məsələ ilə bağlı öz etirazını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti