...

Müstafa Hacıbəyli: İsa Qəmbər başqanlıqda qalmaqla bağlı heç bir təkliflə razılaşmayıb

Siyasət Materials 12 Fevral 2014 16:46 (UTC +04:00)
İsa Qəmbərin Müsavat Partiyasının başqanı vəzifəsində qalması müzakirə olunub, bu məsələyə artıq nöqtə qoyulub. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli İ.Qəmbərin partiyanın qurultayından sonra başqanlıqda qalıb-qalmaması məsələsinə münasibət bildirərkən deyib.
Müstafa Hacıbəyli: İsa Qəmbər başqanlıqda qalmaqla bağlı heç bir təkliflə razılaşmayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

İsa Qəmbərin Müsavat Partiyasının başqanı vəzifəsində qalıb-qalmaması məsələsi müzakirə olunub. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli İ.Qəmbərin partiyanın qurultayından sonra başqanlıqda qalıb-qalmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İ.Qəmbər başqanlıqda qalmaqla bağlı heç bir təkliflə razılaşmayıb: "Mən də daxil olmaqla, qurultayın bütün təşkilat komitəsinin üzvləri, partiya rəhbərliyində olan bütün şəxslər müxtəlif təkliflər veriblər, lakin İsa Qəmbər bu təkliflərlə razılaşmayıb".

M.Hacıbəyli bildirib ki, İ.Qəmbər başqanlıqdan getsə də, əlbəttə ki, Müsavat Partiyasında qalacaq: "İsa Qəmbər tək Müsavat Partiyasının deyil, bütövlükdə müxalifətin strategiyasını müəyyənləşdirən şəxslərdən biridir. Qurultaydan sonra da İsa Qəmbər istər Müsavat Partityası daxilində, istərsə də bütövlükdə müxalifət daxilində qalacaq".

Başqan müşaviri deyib ki, Müsavat kollegial idarə olunan bir partiyadır: "Hazırda da İsa Qəmbər həlledici fiqur olmaqla yanaşı, qərarların partiyanın Divanında, Məclisində verilməsinin tərəfdarı olub. Bundan sonra da Müsavat Partiuyası kollegial şəkildə idarə olunacaq və İsa Qəmbərin sözü avtoritet olaraq qalacaq".

İsa Qəmbərə partiyada liderlik və ya başqa statusun verilməsi məsələsinə toxunan M.Hacıbəyli qeyd edib ki, bununla bağlı bir sıra təkliflər var: "Hansı təklif səs çoxluğu qazanarsa və hansı təklifə İsa Qəmbər razılıq verərsə, həmin təklif də reallaşacaq. İsa Qəmbərin siyasi proseslərə təsir imkanları bu qurultaydan sonra daha da artacaq. Biz vaxtında qurultay keçirə bilsəydik, yəqin ki, elə prezidentliyə namizəd İsa Qəmbər özü olacaqdı. İsa Qəmbərin başqan olması bəlkə də İsa Qəmbərə seçkilərdə mane oldu".

Qeyd edək ki, Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Qurultayın 24 may 2014-cü il tarixində keçirilməsi planlaşdırılır. İsa Qəmbər növbəti dəfə partiya başqanlığına namizədliyini verməyəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti