...

Ukrayna Ali Radası yeni hökumətin tərkibini təsdiqləyib

Siyasət Materials 27 Fevral 2014 17:46 (UTC +04:00)
Ukrayna Ali Radası Baş nazir Arseniy Yatsenyukun Nazirlər Kabinetinin yeni üzvlərinin təyin edilməsi haqqında təklifini qəbul edib.
Ukrayna Ali Radası yeni hökumətin tərkibini təsdiqləyib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Ukrayna Ali Radası Baş nazir Arseniy Yatsenyukun Nazirlər Kabinetinin yeni üzvlərinin təyin edilməsi haqqında təklifini qəbul edib.

Trend-in "Rusiyanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, qərarın lehinə 331 deputat səs verib. Səsvermə siyahı əsasında aparılıb.

Parlamentin spikeri Aleksandr Turçinov qeyd edib ki, yeni nazirlərin əksəriyyəri heç bir siyasi partiyaya mənsub deyillər.

Vitali Yarema Baş nazirin I müavini, Oleq Musiy səhiyyə naziri, Arsen Avakov daxili işlər naziri, Aleksandr Şlapak maliyyə naziri, Pavel Petrenko ədliyyə naziri, Yevgeni Nişuk mədəniyyət naziri, Pavel Şeremet iqtisadiyyat naziri, Yuri Prodan yanacaq və energetika naziri, Sergey Kvit isə təhsil və elm naziri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti