...

Azərbaycanın müdafiə nazirinin İrana səfəri başlayıb

Siyasət Materials 14 Aprel 2014 09:56 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb.
Azərbaycanın müdafiə nazirinin İrana səfəri başlayıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, ikigünlük səfər zamanı Z.Həsənov iranlı həmkarı general-mayor Hüseyn Dehqan və digər rəsmilərlə görüşəcək.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti