...

Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb

Siyasət Materials 14 Aprel 2014 14:52 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.
Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 14 aprel /Trend müxbir T.Cəfərov/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqanla görüşüb. Bu barədə Trend İran KIV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, görüş İran Müdafiə Nazirliyində baş tutub.

Görüşdən öncə Azərbaycanın müdafiə naziri Z.Həsənovun rəsmi qarşılanma mərasimi olub. Nazir şəhidlərin məzarını ziyarət edib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti