...

Azərbaycanın hakim partiyası növbəti ağacəkmə aksiyası keçirib (FOTO)

Siyasət Materials 9 May 2014 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində ulu öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyada Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri, hakim partiyanın fəal gəncləri və digərləri iştirak ediblər.

Aksiyada xeyli sayda ağac əkilib və sulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti