...

Zakir Həsənov Moskvada rusiyalı və iranlı həmkarları ilə görüşəcək

Siyasət Materials 21 May 2014 09:37 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.
Zakir Həsənov Moskvada rusiyalı və iranlı həmkarları ilə görüşəcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı müdafiə naziri Z.Həsənovun Rusiyanın müdafiə naziri S.Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti