...

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində bələdiyyə seçkiləri müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2014 13:08 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanin şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir.
YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində bələdiyyə seçkiləri müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanin şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir. Trend-in məlumatına görə, toplantıda Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak edib.

Toplantıda qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələlər müzakirə olunub.

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində bir sıra məsələlər müzakirə olunub.

YAP-ın sədr müavini Əli Əhmədov bildirib, müşavirə iki başlıca məsələyə həsr olunub: "Birincisi, burada partiyadaxili məsələlər müzakirə predmeti olacaq. Biz növbəti toplantılarda olduğu kimi, ənənəmizi davam edərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik. Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələr müəyyənləşdirilir, dəyərləndirilir və buna müvafiq də fəaliyyət göstərilir".

Onun sözlərinə görə, ikinci məsələ isə, bu ilin dekabrında keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bütövlükdə YAP-ın və yerli təşkilatların qarşısında duran vəzifələrin müzakirəsidir: "Artıq bələdiyyə seçkilərinə az vaxt qalıb. YAP bundan xeyli əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Bizim yerli təşkilatlarda da müvafiq hazırlıq işləri aparılmaqdadır. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də hakim partiya ənənəsinə uyğun olaraq qələbə çalsın və yerli özünüidarə orqanlarında YAP-ın nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik".

Ə.Əhmədov qeyd edib ki, YAP-ın belə bir qələbəni qazanması üçün kifayət qədər əsaslar var: "Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, xüsusilə də ölkəmizin regionlarında aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri, iqtisadi inkişaf, insanların rifah halının yaxşılaşması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər və s. regionlarda insanın həyatında, məişətində müsbət pozitiv dəyişikliklər yaradır. Təbii ki, bütün bunların hamısı yerli özünüidarəetmə orqanlarına seçkilərdə YAP-ın istinadə edə biləcəyi böyük resursdur. Biz inanırıq ki, məhz bu resursun və Azərbaycan Prezidentinin gördüyü işlərin təbliği sayəsində hakim partiya növbəti bələdiyyə seçkilərində uğur qazanacaq və yerliözünüidarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunmaq imkanları əldə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti