...

DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli sərhəd gözətçi gəmisi inşa edilib

Siyasət Materials 25 İyul 2014 16:57 (UTC +04:00)
DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb.
DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli sərhəd gözətçi gəmisi inşa edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

DSX-nin Sahil Mühafizəsinin "Gəmi inşası zavodu"nda DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 11 sentyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlü­kəsizliyi strateqiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhəd­ləri­nin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bu sırada DSX-nin Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində yerləşən bazasında 13 min kvadratmetr ərazidə yeni inşa olunmuş "Gəmi inşası zavodu"nun xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunub, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib.

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə olunacaq.

Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu "Gəmi inşası zavodu"nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb. Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarilə sərhəd sularında dövlətin maraqlarının qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti