...

Hətta Putin Amerika-erməni tandemininqarşısında geri çəkildi

Siyasət Materials 13 Avqust 2014 11:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair prezidentlərin Soçi görüşü nəticəsiz başa çatdı. Heç kim Soçi görüşünə bundan fərqli qiymət verə bilməz. Çünki RF xarici işlər naziri S.Lavrov heç bir konkret məsələnin razılaşdırılmadığını bildirdi.
Hətta Putin Amerika-erməni tandemininqarşısında geri çəkildi

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair prezidentlərin Soçi görüşü nəticəsiz başa çatdı. Heç kim Soçi görüşünə bundan fərqli qiymət verə bilməz. Çünki RF xarici işlər naziri S.Lavrov heç bir konkret məsələnin razılaşdırılmadığını bildirdi. Amma nəticəyə ümid edənlər hədsiz çox idi. Çünki prezidentlərin görüşü təşəbbüsünü RF prezidenti V.Putinə məxsus idi. Putin bir çox geosiyasi məsələlərdə ABŞ-ı udub. Ukrayna məsələsində öz xeyrinə həll etmək üzrə idi. Lakin Ukrayna istiqamətində V.Putinin strategiyasında müəyyən durğunluq yaranıb. Belə vəziyyətdə V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində irəli sürdüyü təşəbbüsün uğursuzluğu ilə razılaşması ümumi planda ona qarşı hücumları kəskinləşdirəcəkdir.

Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsi amerikalılar və ermənilərin eyni birgə fəaliyyətini aşkarladı. SSRİ-ni dağıdarkən də ABŞ və Ermənistan birgə fəaliyyət göstərirdilər. Bunu S.Sərkisyan şəxsən etiraf edib. 20 ildən çox keçməsinə baxmayaraq Putin Rusiyanın təsir zonasını dağıdan faktoru neytrallaşdırmağa cəhd etsə də, bacarmadı. Amerikan-erməni dueti S.Sərkisyanın ifasında öz sözünü dedi. S.Sərkisyanın son vaxtlar belə vacib məsələ ərəfəsində uzun müddət Avropa istiqamətində "radardan itməsi" təsadüfü deyilmiş. 3 dəfə Brüsselə, 1 dəfə Xorvatiyaya gizli səfərlər edən S.Sərkisyan indi də Ermənistanın Aİ ilə assosiativ müqavilə imzalamasına inanır. S.Sərkisyan Amerikaya arxalanmasa idi V.Putinin təklifini heçə endirməzdi. Bu bacarığı ilə S.Sərkisyan eks-prezident D.Medvedevin 10-dan çox təşəbbüsünü nəticəsiz etməklə D.Medvedevin və RF-in imicinə zərbə vurmuşdu. İndi həmin yolu S.Sərkisyan V.Putin üçün başlayıb. KTMT-nin çağırışlarına baxmayaraq Ermənistanın NATO ilə əməkdaşlıqdan imtina etməməsi, ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin S.Sərkisyanın Qərbə xüsusi mesaj verməsi fonunda antirusiya aktivləşməsi, amerikalı həmsədr C.Uorlikin səfir C.Heffernlə birlikdə Rusiyanın rolunu aşağılaması və Ermənistan müdafiə nazirinin müavinin Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi intensivliyin pik dövründə Amerikada peyda olması təsadüfi hesab edilə bilməz. Bu eyni zamanda onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsi regionundakı son hərbi əməliyyatlar ABŞ-dan qaynaqlanır və Ukrayna hadisələrində uduzmağa başlayan Rusiyaya daha ciddi zərbə vurmaq məqsədi daşıyır. Ermənistanın antirusiya siyasətinin nəticəsiz qalacağını düşünmürük. Rusiya Federasiyasının mətbuatı tamamilə ermənilərin təsir zonasındadır. Soçi görüşündən RF-in aparıcı mətbuatının yaydığı məlumatlar bunun dəqiq sübutudur. Putin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi rolunu ortalığa qoydu. Azərbaycan Prezidenti bunu təbii hal ki qiymətləndirdi və qəbul etdi. Lakin S.Sərkisyan Rusiyanın xüsusi rolunu rədd etdi. S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın xüsusi rolu vasitəsilə deyil, məhz ATƏT MQ vasitəsi ilə tənzimlənməli olduğunu bildirdi. Rusiyanın bütün aparıcı mətbuatı öz prezidentlərinə hörmətsizlik edərək S.Sərkisyanın antirusiya mövqeyini ört-basdır etməklə məşğul oldular. Dağlıq Qarabağ münaqişəsinin başa çatması keçmiş SSRİ məkanındakı dağıdıcı proseslərin sonu deməkdir. Görünür Amerikan-erməni dueti hələ belə düşünmür. Lakin Soçi görüşü nəticəsiz də başa çatmadı. Hər-halda Rusiyanın ictimai siyasi mühiti yaxın zamanlarda Ermənistanın və Azərbaycanın Rusiyaya münasibəti arasındakı fərqi dərk edəcək və eləcə də bunun məntiqi nəticəsi olaraq Putinin Azərbaycana tərəf reverans etməsinin də səbəblərini araşdırmağa çalışacaqlar.

Azərbaycan üçün ən böyük nəticə Dağlıq Qarabağ münaqişəsi regionunda keyfiyyətcə yeni vəziyyətin yaranması və davam etməsidir: Azərbaycan iri dövlətlərin iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək. Soçi görüşü bu şansı daha da artırdı. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Rusiya da daxil olmaqla iri dövlətlər, o cümlədən Azərbaycanın qonşuları Azərbaycandan xüsusi bir şey tələb edə bilməyəcəklər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Soçi görüşləri dövründə olduğu zamanda da hərbi aktivlik azalmadı, bəlkə də daha yeni silahlar işə düşdü. Azərbaycanın Dağlıq Qarabağ tənzimlənməsi üzrə planının qarşısını ala bilən qüvvə mövcud deyil. Soçi görüşü həm də bu nəticəni ortalığa qoydu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti