...

Seyran Ohanyan: Tezliklə Ermənistan silahlı qüvvələri yeni uzaqvuran silahlarla təchiz olunacaq

Siyasət Materials 12 Sentyabr 2014 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Tezliklə Ermənistan silahlı qüvvələri yeni uzaqvuran silahlarla təchiz olunacaq. Trend-n "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib.

Lakin nazir sonradan jurnalistlərlə söhbətində hərbi sirr olduğuna istinad edərək, məhz hansı silahların olacağını və onların kimdən alınacağını dəqiqləşdirməkdən imtina edib.

S.Ohanyan qeyd edib: "Biz, xüsusilə strateji tərəfdaşlarımızla, konkret olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlığımızı gündən-günə genişləndiririk və silahlarımızı modernləşdiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti