...

Azərbaycan və Litva hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 3 Oktyabr 2014 15:58 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın müdafiə naziri Yozas Olekas ilə görüşüb.
Azərbaycan və Litva hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın müdafiə naziri Yozas Olekas ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

H.Məmmədzadə müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Səfir Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığının artırılmasına xüsusi önəm verildiyini bildirərək, Y.Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan da danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti