...

Ərdoğan nədən qürur duyur?

Siyasət Materials 29 Oktyabr 2014 09:23 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ordusu ilə qürur duyduğunu bildirib.
Ərdoğan nədən qürur duyur?

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ordusu ilə qürur duyduğunu bildirib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verib.

Ərdoğan onu da qeyd edib ki, Türkiyə xalqı Suriyadakı Şah Süleyman məqbərəsini qoruyan ordu hissələri ilə də fəxr edir.

Prezidentin sözlərinə görə, Türkiyə xalqı ordunu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti