...

"Müsavat Partiyasının təklifinin müsbət nəticə verəcəyini düşünmürəm"

Siyasət Materials 8 Yanvar 2015 14:35 (UTC +04:00)
“Müsavat Partiyasının müəyyən siyasi partiyalara əməkdaşlıq təklifinin müsbət nəticələr verəcəyini düşünmürəm”.
"Müsavat Partiyasının təklifinin müsbət nəticə verəcəyini düşünmürəm"

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasının müəyyən siyasi partiyalara əməkdaşlıq təklifinin müsbət nəticələr verəcəyini düşünmürəm". Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyasının bəzi siyasi partiyalara əməkdaşlıq təklifləri verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Partiya sədri hesab edir ki, adətən ikitərəfli əməkdaşlıq təklifləri ciddi nəticələrlə yekunlaşmır: "Siyasi bloklar, seçki blokları yaradılır və bu baxımdan ikitərəfli əməkdaşlıq əhəmiyyətini itirir. Dəfələrlə bunun şahidi olmuşuq. Məndə olan məlumatlara görə, Müsavat Partiyası bir ilə yaxındır əməkdaşlıq təklif edir və heç birinə də müsbət cavab almayıb".

Müsavat və Azadlıq partiyalarının Demokratiya və İnsan Haqları Mərkəzi çərçivəsində funksional əməkdaşlıq etdiyini deyən Ə.Oruc qeyd edib ki, Müsavat Partiyası bu birlik daxilində hansısa müsbət nəticələr əldə etməyə cəhd göstərsə, daha doğru olardı: "Yəni partiyalarla ayrıca protokol imzalamasını, kiminləsə əməkdaşlıq görüntüsü yaradılmasını ciddi məsələ hesab etmirəm".

Onun sözlərinə görə, partiyası indiyə qədər Müsavat Partiyasından əməkdaşlıq barədə hər hansı təklif almayıb: "Müsavat Partiyasının bizə təklif verəcəyini gözləmirəm. Onlar uzun müddətdir AXCP və digər təşkilatlarla əməkdaşlıq barədə fikirlər bildirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti