...

Siyavuş Novruzov: "Kimsə Kozlariçdən həftədə bir dəfə müsahibə alıb dərc edirsə, bu, ABŞ-ın maraqları deyil"

Siyasət Materials 14 Fevral 2015 14:22 (UTC +04:00)
Biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini Birləşmiş Ştatların adına yazırıq.
Siyavuş Novruzov: "Kimsə Kozlariçdən həftədə bir dəfə müsahibə alıb dərc edirsə, bu, ABŞ-ın maraqları deyil"

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini Birləşmiş Ştatların adına yazırıq. ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır". Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı hakim Yeni Azərbaycan PArtiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, ABŞ az ölkələrdəndir ki, lobbiçilik fəaliyyəti qanunla təsbit olunub: "Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, antiterror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər öz həllini tapsın".

Millət vəkili deyib ki, bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var: "Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə Kozlariçdən həftədə bir dəfə müsahibə alıb "Azadlıq" qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atırlar. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti