Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında yeni hazırlanan "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layhəsi haqqında məlumat verən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına, bu bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib.
Çıxış edən digər millət vəkilləri də qanun layihəsinin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq 1-ci oxunuşda qəbul edilib.