...

"Qərb ermənilərdən öz maraqları üçün istifadə edir"

Siyasət Materials 18 Aprel 2015 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Qərb ermənilərdən öz maraqları üçün istifadə edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

Onun sözlərinə görə, Ankarının bütün cəhdlərinə baxmayaraq, Qərb 1915-ci il hadisələri barədə heç nə bilmək istəmir.

Spiker qeyd edib ki, Türkiyədə heç vaxt antierməni təbliğatı olmayıb və Ankara ölkəyə siyasi təzyiq üçün 1915-ci il hadisələrindən istifadə etməyə imkan verməyəcək.

C.Çiçək əlavə edib ki, erməni lobbisi ilə mübarizə hökumətin əsas məqsədi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti