...

Azərbaycan və İran müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 20 Aprel 2015 19:18 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və İran müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Y.Camalov Azərbaycanla İran İslam Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti