...

Vyetnam Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 4 May 2015 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Vyetnam Prezidenti Çıonq Tan Şanq mayın 13-15-də Azərbaycanda rəsmi səfərdə olacaq. Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir ki, Prezident mayın 7-10-da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya da səfər edəcək: "Moskvadakı tədbirlərdən sonra Vyetnam lideri mayın 10-13-də Çexiyaya, 13-15-də isə Azərbaycana rəsmi səfərə gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti