...

Xaricdən Azərbaycanın snayer tüfənglərini almaq üçün təkliflər var (FOTO)

Siyasət Materials 22 İyul 2015 23:35 (UTC +04:00)
"Həm 7.62x51, həm 7.62x54 mm snayper tüfənglərinə, həm də digər iki iriçaplı snayper tüfənglərinə Pakistan, Misir və digər ölkələrdən müxtəlif təkliflər var. 14.5 mm çaplı “İstiqlal” snayper tüfəngi üçün təkliflər almışıq və üzərində işləyirik. Sənədləşmə, testlər, kommersiya təklifləri müzakirə olunmalıdır".
Xaricdən Azərbaycanın snayer tüfənglərini almaq üçün təkliflər var (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

"Həm 7.62x51, həm 7.62x54 mm snayper tüfənglərinə, həm də digər iki iriçaplı snayper tüfənglərinə Pakistan, Misir və digər ölkələrdən müxtəlif təkliflər var. 14.5 mm çaplı "İstiqlal" snayper tüfəngi üçün təkliflər almışıq və üzərində işləyirik. Sənədləşmə, testlər, kommersiya təklifləri müzakirə olunmalıdır".

Trend xəbər verir ki, bunu "Azeri Defence" jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) özünü döyüşlərdə doğrultmuş geniş çeşidli snayper tüfəngləri istehsal edir: "Hər bir silah üçün əsas sınaq meydanı real döyüşlərdir. Təbii ki, istifadəçilər də müharibələri keçən silahlara önəm verirlər. Bu gün bizim istehsal etdiyimiz bütün silah və sursatlar da bilavasitə döyüşlərdə tətbiq olunur və özünü doğruldub. 14.5 mm çaplı "İstiqlal" antimaterial snayper tüfəngimiz Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alır. Azərbaycan hərbçiləri cəbhə xəttində, ən çətin iqlim və relyef şərtlərində bu silahdan istifadə edir və yüksək nəticələri var".

Y.Camalov bildirib ki, 12.7 mm çaplı "Mübariz" adlı snayper tüfənginin sınaqları hələ davam edir: "Bu silahın seriyalı istehsalını bu ilin sonu, gələn ilin əvvəllərinə nəzərdə tuturuq. 7.62x51 mm çaplı "Yalquzaq" adlı snayper tüfənginin isə seriyalı istehsalına başlamışıq. Yüzə yaxın tüfəng istehsal olunub və sifarişçiyə çatdırılmaq üçün hazırdır. 7.62x54 mm çaplı "Yırtıcı" adlı digər snayper tüfəngi üçün də sifariş gözləyirik. Sifariş olarsa, bu il onun da seriyalı istehsalına başlayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti