...

Azərbayanla İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Siyasət Materials 30 Sentyabr 2015 12:33 (UTC +04:00)
Sentyabrın 30-da müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Azərbayanla İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 30-da müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə bildiriblər ki, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan nazir Y.Camalov Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y.Camalov rəhbərlik etdiyi nazirliyin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Dan Stav səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti