...

Novruz Məmmədov: Azərbaycan dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz

Siyasət Materials 14 Yanvar 2016 18:17 (UTC +04:00)
Azərbaycan bütün dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz.
Novruz Məmmədov: Azərbaycan dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan bütün dünyanı ağuşuna alan böhrandan kənarda qala bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov ABŞ-ın özündə də müəyyən geriləmənin müşahidə olunduğunu bildirib: "Amma başqa ölkələrdə daha çox müşahidə olundu. Böhran dünyanın bütün ölkələrini əhatə edir. Şübhəsiz ki, bu, ölkədaxili proseslərə də təsir edir. Bəzi ölkələr bunu müəyyən mənada sakit qarşılayırlar. Azərbaycan bütün dünyanı ağuşuna alan bu böhrandan kənarda qala bilməz. Sadəcə olaraq, anlamaq, başa düşmək lazımdır. Birlikdə səfərbər olsaq, bu vəziyyətdən tezliklə çıxacağıq. Əslində heç bir problem yoxdur. Ətrafdakıları təşvişə salacaq hərəkətlər etmək lazım deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti