...

Mübariz Əhmədoğlu: Bəzi məsələlərin daxili müzakirəsi ermənilər üçün vacibdir

Siyasət Materials 27 Yanvar 2016 10:22 (UTC +04:00)
Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Yaxın Şərqdə xristianların vəziyyətinə dair verdiyi müsahibə ermənilərdə psixoz yaradıb
Mübariz Əhmədoğlu: Bəzi məsələlərin daxili müzakirəsi ermənilər üçün vacibdir

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Yaxın Şərqdə xristianların vəziyyətinə dair verdiyi müsahibə ermənilərdə psixoz yaradıb. Səbəb Kirilin dediklərində və ya Putinin təbliğatçısı hesab edilən D.Kiselyovun hansısa fikri efirə buraxmasında deyil. Səbəb ermənilərin beynindədir. Hətta Patriarx Kirili təhqir etməkdən çəkinmirlər. Rusiyanın tarixində patriarxın rolunun zəif olduğu dövrlər çox az olub. Rus patriarxı dünya pravoslavlığının faktiki lideridir. Ona görə, patriarxlara həmişə xüsusi münasibət olub. Patriarx Kiril bu xüsusilərın içərisində ən xüsusisidir. Çünki mürəkkəb geosiyasi proseslər dövründə rus patriarxlığına başçılıq edir:

ı. Ukrayna və Gürcüstanda geosiyasi çarpışmalar fonunda pravoslavlıq itki vermədi. Bəlkə də irəliləyib.
ıı. Patriarx Kiril Rusiyanın hakim elitasının ən vacib şəxslərindəndir.
ııı. Patriarx Kiril geosiyasətə müdaxilə edən ən mühüm təbliğat maşınıdır. Hələ patriarx olmazdan əvvəlki xidmətləri pravoslavlığı inkişaf etdirmişdir.

Bu parametrli Patriarx Kirili təhqir etmək geosiyasi sifarişdir, ermənilər bunu yerinə yetirir. Hal-hazırda Patriarx Kirilin qabağında dayanan məsələ "erməni soyqırımının" təbliği deyil, Yaxın Şərqdə xristianlığın xilasıdır. Ermənilər Rusiya ilə münasibətdə çox şeyi dərk etmirlər. Kirilin mövqeyini dərk etməmələri bu statistikada +1 deməkdir.

Ermənilər özlərinin gələcəyi ilə bağlı ciddi səhvlərə yol verməmək üçün bir neçə mühüm məsələni özlərinin daxilində müzakirə edib, bir sıra suallara özləri üçün cavab tapmalıdır:

I. Ermənilər rus pravoslavlığının Apostol dini olmadığını tez-tez yada salırlar və bunu kənar qüvvələrin təsiri altında edirlər. Moskvada nəhəng həcmli Erməni Apostol kilsəsi tikməklə bunu artıq maddiləşdiriblər. Erməni qriqorianlığı Apostol dini olsaydı, Vatikan Şərqi Avropa, o cümlədən Qafqazda ən böyük katolik kilsəsini Ermənistanda tikməzdi. Roma katolisizminin Apostol dini olması heç kimdə şübhə doğurmur, heç vaxt müzakirə olunmur. Dövlətlər arasında imzalanmış və dəfələrlə təsdiqlənmiş müqavilələr pozulduğu halda, kilsə qanunları hələ ki, pozulmayıb. Bu kontekstindən Vatikanın Ermənistanda katolik kilsə tikdirməsi erməni qriqorianlığının Vatikan tərəfindən Apostol dini kimi qəbul edilməməsinin göstəricisidir. Bu halda ermənilərin Moskvada Apostol kilsəsi tikməsi geosiyasi mübarizə parametrindən başqa bir şey deyil. Erməni qriqorian kilsəsi təkcə indi deyil, hətta çar Rusiyası dövründə də antirusiya mexanizmlərindən biri olub. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün ya Gümrüdəki katolik kilsəsi, ya da Moskvadakı erməni Apostol kilsəsi sökülməlidir.

Ermənilərin daxili müzakirəsi Rus Pravoslavlığı ilə erməni qriqorianlığının qarşılıqlı münasibətlərinin qaranlıq cəhətlərinə aydınlıq gətirməlidir.

II. Bütün Rusiyanın Patriarxı Kiril 2011-ci ilin sonlarında Suriya və Livana Patriarx səfəri etdi. Səfərin məqsədi Yaxın Şərqdə xristianlığı xilas etmək idi. Səfər Rusiya dövləti tərəfindən xüsusi diqqətlə hazırlanmışdı. O zaman Yaxın Şərqdə proseslər yenicə gərginləşirdi. Yüz minlik erməni icmasından həmin regionun vur-tut 10-12 min erməni tərk etmişdi, ən azı 80 minlik erməni icması yerində idi. Patriarx Kirillə təşkil olunan görüşə bütün xristian icmaları və bəzi yəhudi icmaları da qatılmışdı. Xüsusi qeyd edək ki, Yaxın Şərqdə katolik icmalarının təmsilçiləri də Kirillə görüşlərdə iştirak etdilər. Rus Patriarxı Kirili inkar edən, onunla görüşməyən yalnız Yaxın Şərqdəki erməni icmasının rəhbərləri idi. Səbəbi çox şey ola bilər. Amma əsas məsələ ermənilərin daxili müzakirə nəticəsində cavab tapmasıdır.

RF prezidenti V.Putin Kəsab hadisələrini "erməni soyqırımı" kimi qiymətləndirdi və Ermənistana Kəsaba sülhməramlı qüvvə yeritməyi təklif etdi. S.Sərkisyan və Yaxın Şərqdəki ermənilər bundan imtina etdilər. Ermənilər bu məsələni də öz daxillərində müzakirə edib, vahid mənbəli cavabını tapsalar sakitləşə bilərlər.

III. Rus dilinə qarşı Ermənistanda aparılan hücum kampaniyası dünyanın heç bir regionunda analoqu olmayan hadisəyə çevrildi. İndinin özündə də ermənilər rus dilinə qarşı hücum kampaniyasını dayandırmayıb. Səbəbi yalnız ermənilərin özlərinin müzakirəsindən sonra bəlli ola bilər.

IV. SSRİ-nin dağılmasında ermənilərin iştirakı prezident S.Sərkisyan tərəfindən rəsmən etiraf olunan məsələdir. O, həm də SSRİ-ni ermənilər üçün cəhənnəm adlandırıb. Həm SSRİ-ni dağıdasan və həm də özünü indiki Rusiyanın strateji müttəfiqi kimi təqdim edəsən, bu böyük paradoksdur. Hökmən ermənilər bu suala da özləri üçün cavab tapmalıdır.

V. Çar Rusiyasının İrandakı səfiri A.Qriboyedovun ölümünün ən əsas təşkilatçılarından biri İran erməniləri idi. Qriboyedov İrandakı erməniləri indiki Ermənistan və Dağlıq Qarabağ ərazisinə köçürən şəxsdir. Əgər ermənilər Qriboyedovun onları Dağlıq Qarabağa və indiki Ermənistana köçürdüyünə görə öldürübsə deməli, Qriboyedovun köçürülmə siyasətindən narazıdırlar. O halda ermənilərə nə üçün özlərinə aid olmayan indiki Ermənistan və Qarabağ torpaqlarından niyə belə bərk yapışıblar?! Bütün bu sualların cavabları da daxili müzakirəni şərtləndirir. Sonra ermənilər hansı əsasla özlərini Rusiyanın, rus xalqının strateji müttəfiqi adlandırdıqlarının cavabını da tapa bilərlər.

Ermənilərin "geosiyasətin ustası" və ya bacarıqlı olmaları barədə yaratdıqları miflər də hədsiz subyektivdir. Ermənilərin 1/3-i Ermənistan və Moskvada, 2/3-i Qərbdə (ABŞ və Avropada), 1/3-i isə dünyanın qalan regionlarında məskunlaşıb. Ermənilər həqiqətən genetik talantlı, bacarıqlı olsaydı, onların milyarderləri və hərbçiləri də dünya erməniliyi içərisində bərabər şəkildə paylanardı. Dünyada cəmi 6 milyarder erməni olub. Onun 5-i yalnız Rusiyanın payına düşür, qalan bir milyarder isə ermənilərin qalan 2/3-sinin payına düşür.

Hərbçilərlə də bağlı vəziyyət belədir. Erməninin əgər 50 nəfər yüksək çinli hərbçisi olubsa, bunun 48-i Rusiyanın payına düşür, cəmi ikisi qalan erməni dünyasının payına düşür. Aydın görünür ki, erməninin heç xüsusi talantı və bacarığı yoxdur. Erməninin xüsusi bacarığı və talantı ilə bağlı deyilənlər yalnız rus xalqının aldatması üzrə qurulan faktordur. İndi rus xalqı, rus elitası ermənilərə aldanmaq istəmir. Əgər ermənilər rus xalqını və elitasını yenidən aldatmaq istəyirlərsə, bunun yolu Kirili söyməkdən keçmir. Heç olmasa bir müddət rus xalqına səmimi xidmət etsinlər. Cənubi Qafqazda və dünyanın digər yerlərində rus dövlətinə badalaq gəlməsin. Onun təsirinin güclənməsinə çalışsınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti