• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Mübariz Əhmədoğlu: Seçkiönü dövrdə Fransa prezidenti ermənilərə möhtacdır

10 Fevral 2016 10:16 (UTC+04:00)
  • 0
  • 0

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Fransa prezidenti Fransua Olland Fransa ermənilərinin təşkil etdiyi naharda iştirak etdi. F.Ollandın ermənilərə belə münasibətinin əsas səbəbi prezident seçkilərinə bir ildən az vaxtın qalmasıdır. F.Olland bəyan etdi ki, Avropa İnsan Hüquqları məhkəməsinin keçmiş sədri Jan Pol Kosteyə tapşırıq verib ki, "erməni soyqırımı" qurbanlarının xatirəsini müdafiə etmək üçün qanunda daha möhkəm, mübahisə doğurmayan yol tapsın və bunu qısa müddət ərzində etsin.

Ermənilər isə F.Ollanddan narazıdırlar:

ı. Qısa müddət ərzində "erməni soyqırımının" kriminallaşması ("erməni soyqırımını" inkar edənlərin cəzalandırılması) barədə qanun qəbul etmək mümkün olmayacaq.

ıı. 2015-ci ilin aprelin 24-də F.Olland "erməni soyqırımının" 100 illiyində iştirakdan sonra simvolik də olsa Bakıya getməməli idi, Azərbaycanın iqtisadi gücünün artmasına şərait yaratmamalı idi.

ııı. F.Olland Azərbaycana Spot-7 kosmik gəmisini satmaqla Azərbaycanın hərbi kəşfiyyat imkanlarını gücləndirib. Bu kosmik gəmi vasitəsilə Azərbaycan Ermənistanın hərbi qüvvələrinə nəzarət edir. Fransa həmsədr ölkə kimi bunu etməməli idi.

Fransa Qarabağ Dostluq Dairəsinə yeni səkkiz üzv daxil oldu.

Qarşıdan prezident seçkilərinin gəlməsi Fransanın Ermənistanla münasibətləri xeyli aktivləşdirməyə vadar edib. Fransanın İnkişaf Agentliyi Ermənistanın kənd təsərrüfatını və su təchizatını yaxşılaşdırmasını nəzərdə tutan layihəni reallaşdırmaq üçün 75 milyon avro vəsait ayırdı. Bu məqsədlə Fransanın inkişaf agentliyi ilə Ermənistan iqtisadiyyat nazirliyi arasında müvafiq sənəd imzalandı.

Fransanın İnkişaf və Frankofoniya məsələləri üzrə dövlət katibi A.Jirarden Ermənistanda səfərdə oldu. "Erməni soyqırımı" abidəsinə baş çəkdi. Onu xarici işlər naziri, baş nazir və prezident qəbul etdi. A.Jirarden AŞPA-da antierməni qətnamələrin qəbul olunmasını yaxşı olmayan hal kimi qiymətləndirdi. Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye terrorizmə qarşı mübarizənin Ermənistan və Fransa üçün eyni dəyərlər olduğunu bildirdi. Amma səfir unutdu ki, Fransada siyasi terrorun bünövrəsini məhz ermənilər qoyublar. Müsəlmanların Fransada terror törətməsi ikincili hadisədir.

Səfir Jan-Fransua Şarpantye "Oranje"nin Ermənistandan getməsinin səbəblərinə aydın izah verə bilmədi. Ümumi halda bildirdi ki, Ermənistanla ticari əlaqələrin üzərində işləyirik.

Fransanın "Realease" tikinti kompaniyasının başçısı, milliyyətcə erməni Remi Makinaçyan Ermənistanda baş nazirlə görüşdü. O, şəhər tikintisi sahəsində Yerevanda layihələr reallaşdırmaq fikrindədir.

Fransa prezidenti F.Olland prezident seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün ermənilərə möhtacdır. Fransa ermənilərinin kimə səs verəcəyi isə hələ bəlli deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Fransua Olland
  • Mübariz Əhmədoğlu
Digər xəbərlər
Fransua Olland nə qədər pensiya alacaq?
Dünya xəbərləri 11 May 2017 10:40
Olland Makronu təbrik etdi
Dünya xəbərləri 24 Aprel 2017 03:18
Olland prezident seçkilərində səs verib
Dünya xəbərləri 23 Aprel 2017 12:24
Fransua Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün öhdəliyini davam etdirəcək
Siyasət 5 Aprel 2017 14:54
Fransua Olland: Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb
Siyasət 15 Mart 2017 09:58
Fransa Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq mümkündür
Dağlıq Qarabağ Münaqişəsi 15 Mart 2017 01:50
Xəbər lenti
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 15.12.2019 tarixli bölüm
Siyasət 19:00
Bakıda mənzildə halsız vəziyyətdə olan şəxs xilas edilib
Hadisə 18:27
Karateçilərimiz İtaliyada Premyer Liqa turnirində 4-cü medalını qazanıb (FOTO)
İdman 17:30
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Siyasət 16:43
Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq
Dünya xəbərləri 16:02
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Gündəm 15:20
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
Dünya xəbərləri 14:42
Masallıda zəlzələ baş verib
Hadisə 14:07
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri