...

Mübariz Əhmədoğlu: Lavrov Ermənistan prezidentinin iki dəfə RF prezidentini inkar etməsinə hələ reaksiya verməyib

Siyasət Materials 15 Fevral 2016 10:56 (UTC +04:00)
RF Xarici İşlər Naziri S.Lavrov Dağlıq Qarabağ tənzimlənməsi üzrə hər hansı sənədin və ya “Lavrov təkliflərinin” olmadığını bildirdi.
Mübariz Əhmədoğlu: Lavrov Ermənistan prezidentinin iki dəfə RF prezidentini inkar etməsinə hələ reaksiya verməyib

Trend-i buradan izləyin

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

RF Xarici İşlər Naziri S.Lavrov Dağlıq Qarabağ tənzimlənməsi üzrə hər hansı sənədin və ya "Lavrov təkliflərinin" olmadığını bildirdi.

S.Lavrovun bu fikirləri Rusiyanın ən azı müəyyən bir qrupunun Dağlıq Qarabağ məsələsində yenidən qatı ermənipərəst mövqeyinə keçdiyinin göstəricisidir:

I. S.Lavrov aşkar yalan danışdı. Çünki S.Lavrovun Dağlıq Qarabağ tənzimlənməsində fikirləri RF XİN-nin saytında fiksə olunub. Eləcə də Rusiyanın ayrıca mövqeyinin olduğunu göstərən mənbələrdə mövcuddur. Bu mənbələr fikrimizcə üçdür.

Birincisi, ATƏT-in Belqrad ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının Dağlıq Qarabağ tənzimlənməsinə dair imzaladığı bəyannamədə tərəflərə yeni variantın təklif olunduğu göstərilir.

İkinci mənbə Azərbaycan Xİ naziri E.Məmmədyarovun S.Lavrovun təklifləri və bu təkliflərin məzmunu ilə bağlı səsləndirdiyi fikirlərdir. RF XİN-ni E.Məmmədyarovun fikirlərini təkzib etmədi.

Üçüncü mənbə RF XİN də daxil olmaqla rəsmilərin yaydığı bəyanatların təhlilindən alınan nəticələrdir: a) RF ATƏT MQ-nin fəaliyyətindən narazı olduğu üçün müstəqil və ya təkbaşına fəaliyyətini gücləndirmək niyyətindədir. Bu prezidentlərin Bern görüşündən sonra RF XİN-nin yaydığı bəyanatdan aydın görünür. b) Dağlıq Qarabağ tənzimlənməsi üçün RF siyasi-diplomatik tənzimlənmə metodunu təklif edir. Bu, ATƏT MQ-nin dinc yolla tənzimlənmə metodundan fərqlidir. Lavrovun bunları nəzərə almaması ciddi suallar doğurur.

II. Lavrov aşkar şəkildə ermənilərin mövqeyini tutur. Erməni mənşəli Rusiya nazirinin fəaliyyətinə təsir edə biləcək iki addımı diqqətimizdə saxlamışıq. Bunlardan birincisi Levon Ayrapetyanın ev dustaqlığına buraxılmasıdır. Ayrapetyan Dağlıq Qarabağda erməni işğalçılığının əsas sponsorudur. Onun Lavrova çoxlu hədiyyələr etməsi barədə məlumatlar var. Ev dustaqlığında olan Ayrapetyan Lavrovun Yerevana sonuncu hay-küylü səfərindən sonra ona təzyiqlər edilə bilər. İkinci addım: "Ameriabank"ın və Ermənistanın İnkişaf Fondunun təsisçisi və sponsoru, Rusiya vətəndaşı R.Vardanyan uzun müddətdir antirusiya fəaliyyətdədir. Sadəcə bu fəaliyyətini ermənisayağı davam etdirir. Ona görə, son illərdə Dağlıq Qarabağa ayırdığı yardımın miqdarı da artıb. Oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir. Dağlıq Qarabağ işğalçılığında ortalığa belə siyasi iradə nümayiş etdirən erməninin digər erməniyə təsir etməməsi mümkün deyil.

III. S.Lavrov bəlkə qocalıb, unutqandır.

IV. S.Lavrov Qərbin Rusiya hökumətinin korrupsiyaya məruz qalması ilə bağlı yaydığı fikirlərə inanır və buna görə antiputin fəaliyyət göstərir. Ona görə, Ermənistan prezidentinin iki dəfə RF prezidentini inkar etməsinə reaksiya vermir.

S.Sərkisyan 2014-cü ilin aprelində Kəsab hadisələri zamanı V.Putinin təklifini qəbul etmədi. V.Putinin verdiyi təklif ermənilərin son 100 ildə ortalığa qoyduqları "soyqırım" ideyasını dəstəkləyirdi.

2014-cü ilin sentyabrında Soçidə V.Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdi. Bu görüşdə V.Putin Dağlıq Qarabağ münaqişəsinin SSRİ vaxtında yarandığını, erməni və Azərbaycan xalqlarının Rusiya ilə çox əsrlik münasibətlərini nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində Rusiyaya xüsusi statusun verilməsini təklif etdi. Azərbaycan Prezidenti bu təklifi qəbul etdi, Ermənistan prezidenti S.Sərkisyan isə rədd etdi. S.Lavrov və ya hər hansı bir Rusiya rəsmisi bu məsələyə münasibət bildirməyib.

V.Putinin reytinqi ABŞ prezidenti B.Obamanın reytinqini üstələyib. ABŞ rəsmiləri öz prezidentlərinin imicini qorumaq üçün bu istiqamətdə addımlar atırlar. Bütün imkanlarını işə salmaqla V.Putinə qarşı qara piar aksiya aparırlar. Bununla da ABŞ rəsmiləri öz prezidentini müdafiə etməyin nümunəsini S.Lavrova və digər RF rəsmilərinə təqdim edirlər. Rusiyanın yaratdığı sintetik, kiçik dövlətin başçısı Rusiyanın prezidentini təhqir edir. Rusiyanın Xarici İşlər Naziri isə onu dəstəkləyir. Səbəb hər ikisinin erməni olmasıdır.

ABŞ SSRİ-ni erməni kartı ilə dağıtdı. Erməni kartı Moskvadakı ermənilərdir. Bu gün də erməni kartı ABŞ-ın əlindədir. Buna görə, Ermənistanın Rusiyaya münasibəti ABŞ tərəfindən idarə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti