...

TürkPA: Qazaxıstanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir (FOTO)

Siyasət Materials 21 Mart 2016 12:44 (UTC +04:00)
Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib.
TürkPA: Qazaxıstanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir (FOTO)

Bakı. Trend:

Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasından (TürkPA) Trend-ə verilən məlumata görə, bunu TürkPA beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək martın 21-də keçirilən yekun mətbuat konfransında çıxışında deyib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar - maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib.

Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olub və seçki bülletenlərinin hesablanma prosesini izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti