...

Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər

Siyasət Materials 3 Aprel 2016 16:33 (UTC +04:00)
Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.
Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti