...

Rüstəm Minnixanov: Tatarıstan və Azərbaycan xalqları arasındakı dostluq ənənələrini möhkəmləndirmək əzmindəyik

Siyasət Materials 4 İyun 2016 15:15 (UTC +04:00)
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Rüstəm Minnixanov: Tatarıstan və Azərbaycan xalqları arasındakı dostluq ənənələrini möhkəmləndirmək əzmindəyik

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın Respublika Günü münasibətilə Sizi Tatarıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına tərəqqi və firavanlıq arzulayıram. Qoy, əmin-amanlıq və vətəndaş həmrəyliyi ölkənizin inamlı gələcəyinin sarsılmaz təminatı olsun.

Sizi əmin etmək istəyirəm ki, Tatarıstan və Azərbaycan xalqları arasındakı dostluq ənənələrini gələcəkdə də qoruyub saxlamaq və möhkəmləndirmək əzmindəyik. Rusiya-Azərbaycan qarşılıqlı əməkdaşlığı çərçivəsində çoxtərəfli Tatarıstan-Azərbaycan əlaqələrinin inkişafını bundan sonra da dəstəkləyəcəyinizə inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti