...

"Azərxalça"ya yeni rəhbər təyin edildi

Siyasət Materials 10 İyun 2016 18:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Azərxalça"ya yeni rəhbər təyin edildi

Bakı. Trend

Azərbaycan Prezidenti İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin yeni sədri təyin edilib.

Qeyd edək ki, xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor, əməkdar incəsənət xadimi Vidadi Aydın oğlu Muradov "Azər-İlmə"nin təsisçisi və rəhbəri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti