...

Belçika səfirinin diplomatik fəaliyyəti başa çatıb

Siyasət Materials 20 İyul 2016 16:56 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Belçika səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, səfir K.Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti