...

İslam Kərimovun vəfatı ilə əlaqədar Bakıdakı səfirlikdə xatirə kitabı açılacaq

Siyasət Materials 3 Sentyabr 2016 11:39 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
İslam Kərimovun vəfatı ilə əlaqədar Bakıdakı səfirlikdə xatirə kitabı açılacaq

Bakı. Trend:

Özbəkistan Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Trend-in məlumatına görə, səfirliyin binasındakı dövlət bayrağı yarıya qədər endirilib.

Xatirə kitabı sentyabrın 3-də saat 14:00-dan 16:00-dək, sentyabrın 4-də 14:00-dan 16:00-dək, sentyabrın 5-də 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək, sentyabr 6-da isə 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək açılacaq.

Ölkənin milli bayramı - dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da Bakıda keçirilməsi nəzərdə tutulan rəsmi qəbul ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti