Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn arasında səmimi görüş keçirildi. 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlandı, Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirildi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulandı. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olundu.
Sonra görüş geniş tərkibdə davam etdirildi.