Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını ediblər (FOTO)

Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını ediblər (FOTO)

Bakı. Trend:

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Şamaxı rayonunda həyata keçirilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.

Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlətimizin başçısının tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Yenidən doğuluşun mübarək Şuşam!
Yenidən doğuluşun mübarək Şuşam!
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Loading Bars
Xəbər lenti
Yenidən doğuluşun mübarək Şuşam!
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)
Azərbaycanda qızıl cüzi bahalaşıb
İki universitet arasında memorandum imzalanıb (FOTO)
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb
Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır
Küçədə daha 2 koronavirus xəstəsi aşkarlandı
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA (FOTO)
Gəncədə keçmiş məhkumdan 70 min manatlıq narkotik götürülüb (FOTO/VİDEO)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub (FOTO)
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü
Şəkidə narkotik alverçisi saxlanılıb
Azərbaycan nefti ucuzlaşır
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü başlayıb (FOTO)
Bakıda Polad Həşimovun adına park salınır (FOTO)
Yanvar-mart aylarında 295 cinayət işinin istintaqı yekunlaşıb (VİDEO)
Şuşa artıq əbədi olaraq bizimdir - Deputat
AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirmişdi - Baş nazir
Neftçalada birmərtəbəli evdə yanğın olub
Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Koronavirusa yoluxan uşaqlarda güclü böyrək ağrısı olur - Pediatr-infeksionist
Mayın 8-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıdakı Dünya Kuboku mənim üçün ilin ən çox gözlənilən yarışıdır - Litva gimnastı
Britaniyada koronavirusa daha 2 490 nəfər yoluxub
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlanıb
Fici sahillərində 6 bal gücündə zəlzələ olub
Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV
Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb
Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər
İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 051 nəfərə düşüb
Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb
İspaniyada helikopter dənizə düşüb
Dünyada ötən sutka koronavirusa 839 mindən çox yoluxma qeydə alınıb - ÜST
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib
Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız
Azərbaycan və ATƏT-in 10 ölkəsi nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıb - Bəyanat
Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq
Gürcüstanda koronavirusa daha 1 547 nəfər yoluxub
Prezidentin göstərdiyi nümunəni davam etdirməliyik, beynəlxalq media vasitəsilə həqiqətləri dünyaya çatdırmalıyıq
Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Bütün xəbərlər