...

Gürcüstan səfiri Azərbaycanın işğal altındakı ərazilərini tezliklə azad edəcəyinə əmindir

Siyasət Materials 21 Noyabr 2017 20:52 (UTC +04:00)
Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək.
Gürcüstan səfiri Azərbaycanın işğal altındakı ərazilərini tezliklə azad edəcəyinə əmindir

Bakı. Ləman Zeynalova - Trend:

Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, bu müddət ərzində Gürcüstan və Azərbaycan arasında yaxşı qonşuluq, dostluq və qarşılıqlı hörmət münasibətləri inkişaf edib:

"Bizim münasibətlərimiz region və dünya üçün nümunə olmalıdır".

Birgə layihələr haqqında danışan səfir, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasının tarixi hadisə olduğunu qeyd edib.

Səfirin sözlərinə görə, bu layihə Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Gürcüstanın unikal imkanlarını nümayiş etdirdi

Gürcüstan səfiri Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" kimi layihələrin əhəmiyyətini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti